Liviyadan neft və qaz ixracı təhlükə altındadır

Ölkədə yenidən alovlanan silahlı münaqişənin inkişaf edərək  paytaxta çatması Livan neftinin və qazının ixracına təhlükə yaradıb.

Belə bəyanatla Liviya Milli Neft Korporasiyasının rəhbəri Mustafa Sanalla  çıxış edib. O, bu haqda  Milli barışıq hökuməti nəzdindəki  Prezident Şurasının sədri  Faiz Sərracla görüşündə danışıb.

Şuranın mətbuat xidmətinin yaydığı xəbərə görə, görüş  zamanı Sanalla  rəhbərlik etdiyi korporasiyanın və “Brega” neft şirkətinin fəaliyyətləri haqqında şura sədrinə məlumat verib. O, döyüşlərin aprelin 4-dən paytaxt Tripoli ətrafında getdiyini vurğulayaraq hadisələrin iqtisadiyyata böyük  ziyan vuracağını qeyd edib. Sanalla  bu hərbi münaqişənin miqyası  və nəticələri ilə 2011-ci ildən bəri neft –qaz ixracına qarşı yaranan ən ciddi  təhlükə olduğunu diqqətə çatdırıb.

Xatırlada ki, Liviya milli ordusunun general Xəlifə Xaftarın  komandanlıq etdiyi hissələri aprelin 4-dən  Tripoliyə hücuma keçib. Onlar şəhərə əsasən cənub istiqamətindən həmlələr edirlər.

Şəhəri qoruyan qüvvələr isə Milli barışıq hökumətinə –  Prezident Şurasının sədri  Faiz Sərraca tabedir. Bu ordu birləşmələri “Vulkanın qəzəbi” adlı əməliyyatla əks hücuma başlayıblar.

Qeyd edək ki, Qəddafi devrildikdən sonra  2011-ci ilin fevralından Liviyada xaos yaşanır.  Məlum hadisələrin ardınca o zaman  Liviyada iki hökumət yaradılmışdı:  nümayəndələr palatası  Tobruk şəhərində, ümummilli konqres Tripolidə hökumət elan olunmuşdu.

2015-ci ilin dekabrında BMT-nin vasitəçiliyi ilə Mərakeşdə təşkil olunmuş danışıqlar zamanı  tərəflər arasında ümumi razılığa gəlinmiş və Milli barışıq hökuməti qurulmuşdu.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir