"Oturaçaqlar" filmi beynəlxalq festivala dəvət alıb

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Orxan Ağazadənin “Oturacaqlar” filmi Belçikada keçiriləcək  Brüssel Qısa Film Festivalının müsabiqələrinə dəvət  alıb.  Bu festivala iki nominasiya üzrə qısa filmlərin müsabiqəsi daxildir.

Qeyd edək ki, “Oturacaqlar” filmi  festivalın “International Competition” – “Beynəlxalq müsabiqə”  və  “Next Generation” –  “Növbəti nəsil” müsabiqəsinin növbəti mərhələsinə minlərlə film arasından keçib.

Birinci müsabiqə üzrə festivala  təxminən 4500 film təqdim olunub. Onlardan seçilən 62 film arasında Orxan Ağazadənin  “Oturacaqlar” filmi də var. Eləcə də,  ikinci müsabiqə  üzrə  1000  film arasından seçilən  40 filmdən biri həmyerlimizin əsəridir.

Festival  aprelin 25-dən mayın 5-dək Brüssel şəhərində keçiriləcək.

Azərbaycan və İngiltərənin  birgə istehsalı olan “Oturacaqlar”ın  ssenaristi və quruluşçu rejissoru Orxan Ağazadə, quruluşçu operatoru  Cameron Ward, quruluşçu rəssamı  və kostyum dizayneri Lara Zeidandır.

Filimin  musiqisini  M. Ansa yazıb, prodüseri  Mina Salimi, ko-prodüserləri Azər Həsənov, Ruslan Ağazadədir.

Filmdə rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, İsgəndər Abbasov və başqaları oynayıb.

Xatırladaq ki, “Oturacaqlar” filmi bundan əvvəl Türkiyədə keçirilmiş 7-ci “Changing Perspectives” Qısa Film Festivalının əsas mükafatına  layiq görülüb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir