ASELSAN  Cənubi Amerika bazarında iştirakını genişləndirmək niyyətindədir

Türkiyənin  hərbi-müdafiə sənayesinin lideri ASELSAN şirkəti Latın Amerikasında keçirilən 12-ci beynəlxalq sərgidə geniş təmsil olunub. “LAAD Expo-2019” – müdafiə və təhlükəsizlik  vasitələrinin tanıdıldığı sərgi aprelin ilk günlərində Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunub.

ASELSAN nümayəndələri sərgi çərçivəsində  Uruqvayın, Perunun, Paraqvayın, Çilinin, Argentinanın, Braziliyanın, Kolumbiyanın və Cənubi Afrika ölkələrinin yüksək çinli ordu mənsubları, müdafiə orqanlarının təmsilçiləri ilə görüşlər keçiriblər.

Uruqvay, Şili və Argentina ilə əvvəl də işgüzar əlaqələri olan ASELSAN  Cənubi Amerika bazarında yerini  möhkəmlətməyi, iştirakını genişləndirməyi hədəfləyir.

Qeyd edək ki, ASELSAN dünya üzrə 65 ölkə ilə əməkdaşlıq edir. Qardaş Türkiyənin  artıq markaya çevrilmiş bu şirkəti qabaqcıl texnologiyalar əsasında rəqabətə davamlı çeşidli müdafiə texnika və avadanlıqları istehsal edir. Şirkət mülki məqsədlər üçün nəzərdə tutulan  texniki vasitələr buraxır.

“LAAD Expo-2019” sərgisində  ASELSAN rabitə sistemləri, müdafiə sistemləri, radarlar və elektron  hərbi sistemlər, gecəgörmə cihazları nümayiş edib.

Qeyd edək ki, “LAAD Expo” sərgisi iki ildə bir dəfə keçirilir və Latın Amerikasında təyinatına görə ən nüfuzlu sərgi sayılır. Builki sərgidə 600 kompaniya tərəfindən 37 min nümunə təqdim olunub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir