Avropada aksiya: "Buyurun, mən müsəlmanam"

Bu şüarla Avropanın bir sıra ölkələrində  sosial  aksiyalar keçirilir. Məqsəd avropalıların müsəlmanlara qarşı  qərəzli münasibətini dəyişmək, yanlış təsəvvürlərini dəyişmək, tərəddüdlərini dağıtmaqdır.

Aksiyada iştirak edən müxtəlif humanitar təşkilatların müsəlman nümayəndələri   küçə və meydanlarda insanlara yaxınlaşır,  “Buyurun, mən müsəlmanam”, – deyə onları salamlayır, hər birinə gül təqdim edirlər.

Gənclərdən ibarət aktivistlər  islam dini, mədəniyyəti, fəlsəfəsi haqqında  insanlara məlumat verir, bu məlumatlar  toplanmış bukletləri  ətrafdakılara paylayırlar.

Yaxınlıqda məscid olduğu təqdirdə, onlar opponentlərini ora dəvət edir, müsəlmanların adət-ənənələri, sülhsevərliyindən bəhs edirlər.

Belə aksiyalar Hollandiyanın, Belçikanın, İngiltərənin  və Almaniyanın bir sıra şəhərində keçirilib. Avropada yaşayan müsəlmanlar  belə dinc aksiyalarla islamofobiyaya qarşı mübarizə aparmaq qərarına gəliblər və bu çox təqdirəlayiq haldır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir