Avropanın ən çox ziyarət edilən kilsəsində yanğın baş verib (canlı yayım)

Fransanın paytaxtı Paris şəhərindəki “Notre-Dame” adlı tarixi kilsədə yanğın baş verib.  Güclü yanğın nəticəsində tikilinin tavanın tamamilə çökdüyü bildirilir.

Paris Asayiş İradəsinin yaydığı məlumata görə, yanğın tarixi kilsənin təmir-bərpa işləri görülən bölümündən başlayıb. Müraciətdə əhalidən və şəhərin qonaqlarından ərazidən uzaqlaşmaları xahiş olunub.

Fransa prezidenti Emmanuel Makrona yanğın haqqında  sarı jiletlilərin tələbləri ilə bağlı açıqlama verməyə hazırlaşdığı məqamda xəbər verilib. O,  tədbiri təxirə salaraq dərhal hadisə yerinə yollanıb. Bir müddət sonra isə sosial şəbəkədə bu haqda yazıb:

“Notre Dame alovlar içindədir. Bütün millət  duyğulanıb. Düşüncələrim bütün fransızlarla, katolik dünyası ilə bərabərdir. Bütün həmvətənlərimiz kimi mən də bu axşam bir parçamızın yanmasından çox kədərləndim.

Qeyd edək ki, Parisdəki bu tarixi məbəd –  12-ci əsrdə tikintisi başlayan, tamamlanması  bir neçə əsr sürən, fransızların “NotreDame de Paris” adlandırdığı katolik kilsə   Avropada xristianlar tərəfindən ən çox ziyarət edilən yerlərdən biri, bəlkə də birincisi idi.

Yanğının yaranma səbəbi haqqında rəsmi açıqlama verilməsə də, bəzi qaynaqlar yanğının təmir-bərpa işlərində istifadə olunan ağac dayaqların ehtiyatsızlıqdan alışması ilə başladığını, böyüyərək tavanı bürüdüyünü iddia edir.

Bəzi ekspertlərsə  yanğının siyasiləşdiriləcəyindən  ehtiyatlanırlar.

P.S Yanğın hələ də söndürülməyib.  Hadisə yeri  canlı yayımda:

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir