Keçmiş siyasətçilər Avropa Birliyini Yaxın Şərq məsələləri ilə bağlı ABŞ-ın hazırladığı nizamlama planını dəstəkləməməyə çağırır

Avropa  ölkələrinin keçmiş dövlət və hökumət rəhbərlərindən, eləcə də nazirlərdən ibarət  qrup Avropa Birliyini Yaxın Şərq məsələləri ilə bağlı ABŞ-ın hazırladığı nizamlama planını dəstəkləməməyə çağırıb.

37 eks-siyasətçinin imzaladığı bu müracət-məktub bu gün Britaniyanın “The Guardian” qəzetinin bugünkü nömrəsində dərc olunub.

Məktub müəlliflərinin qənaətinə görə, Avropa Birliyi ABŞ-ın yalnız beynəlxalq hüquqa hörmət prinsipləri əsasında  hazırlanmış təşəbbüslərini dəstəkləməli, paytaxtı Yerusəlim olmaqla Fələstin dövlətinin yaradılmasına qarşı çıxan istənilən planı rədd etməlidir.

Avropa Fələstin-İsrail münaqişəsinin  aydın parametrlərlə 1967-ci ildə müəyyənləşdirilmiş sərhədlər çərçivəsində və beynəlxalq hüquq normaları əsasında həllini nəzərdə tutan planın  ərsəyə gəlməsinə çalışmalıdır. Tərəflər təhlükəsizlik sahəsində narahatlığa aradan qaldıran addımlar atmalı, fələstinli qaçqınların  problemini ədalətli həll etməlidirlər.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir