Çavuşoğlu: PKK terroristlərinin arasında çox sayda etnik erməni var

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu növbəti dəfə Ermənistanı hərbi qüvvələrini Qarabağdan geri çəkməyə çağırıb

Nazirin fikrincə,  Ermənistanı regiondan baş verən hadisələrə münasibətdə  ilk növbədə özünə qarşı dürüst olmalıdır:

Ermənistanın daxil olduğu bütün beynəlxalq strukturlar Azərbaycan torpaqlarının işğal edildiyini aydın şəkildə qeyd edir. Bəs, niyə Ermənistan öz ordusunu geri çəkməyir?

Çavuşoğlu Ermənistanla münasibətlərin normalaşması ilə bağlı rəsmi Ankaranın mövqeyini bir daha xatırladıb:

Biz qəti şəkildə bəyan etdik ki, Ermənistanla sərhədləri yalnız ordunun Azərbaycan torpaqlarından çıxarılması şərti ilə aça bilərik

Nazir Azərbaycanın istənilən problemi birbaşa Türkiyənin maraqlarına toxunduğunu vurğulayaraq

Ermənilər ədalətdən dəm vururlar, amma eyni zamanda sözdə “soyqırımı” haqqında yalanlar yayırlar.

 

deyib. O, eyni zamanda rəsmi İrəvanın  1915-ci il hadisələrinin müzakirəsi üçün birgə elmi komissiya yaradılması təşəbbüsünə etiraz etməsinə diqqət çəkib:

Ermənistan yalana üstünlük verdiyi üçün komissiya yaradılmasına etiraz edib.

Türkiyə xarici işlər naziri anti-terror əməliyyatları zamanı məhv edilən PKK terrorçuları arasında çox sayda etnik erməni olduğunu bildirib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir