Belarus prezidenti Lukoşenko Ankarada təntənə ilə qarşılanıb

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Belarusun prezidenti Lukaşenkonu rəsmi mərasimlə Ankarada, prezident iqamətgahında qarşılayıb.

Rəsmi qonağın olduğu avtomobili iqamətgahın önündəki küçədən protokol qapısınadək süvarilər müşayiət edib.

Prezident Ərdoğan qonağı iqamətgahın əsas girişində qarşılayıb.  prezidentlər protokol sahəsindəki yerlərini tutduqdan sonra 21 top atışı altında hər iki ölkənin himni səslənib.

Lukaşenko fəxri mühafizə – qarovul alayını tükcə “Mərhaba, əsgər”, – deyə salamlayıb.  Rəsmi qarşılama mərasimində tarix boyu qurulmuş 16 türk dövlətinin bayraqları, əsgərləri də nümayiş olunub.

Hə iki ölkənin rəsmi heyətlərinin təqdimatından sonra prezidentlər giriş qapısı önündəki pilləkənlərdə dayanaraq mətbuat nümayəndələrinin şəkil çəkməsinə şərait yaradıblar.

Ərdoğan və Lukoşenkonun təkbətək görüşündən  və geniş tərkibli heyətlərarası danışıqlardan sonra birgə mətbuat konfransı keçirilməsi nəzərdə tutulub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir