Uzun fasilədən sonra Tarkan Rusiyada konsert verəcək

Dünyaca məşhur türkiyəli estrada ulduzu Tarkan Rusiyada Türkiyə mədəniyyəti və turizmi ili çərçivəsində Rusiya Federasiyasının iki şəhərində konsert proqramı ilə çıxış edəcək.

Konsertin biri mayın 11-də Tatarıstanın paytaxtı Kazan şəhərində,  digəri isə mayın 14-də  Moskvada keçiriləcək.  Biletlər satışa çıxarılıb və artıq 70%-i  satılır.

Qeyd edək ki, Tarkan Rusiyada da çox sevilir. Tarkan əvvəllər Rusiyada  qastrolda olsa da, təşkilatçıların onun bütün tələblərini yerinə yetirməməsi səbəbindən Rusiyada uzun müddət – son 10 ildə çıxış etməyib.  Maraqlıdır ki,  Moskvadakı bu konsert də 2009-cu ildəki kimi  “Crocus City Hall” konsert zalında təşkil olunub.

Xatırladaq ki, “Crocus City Hall” konsert zalı Azərbaycan əsilli rusiyalı iş adamı Araz Ağalarova məxsusdur və  Müslüm Maqomayevin adını daşıyır. 7 min nəfərdən çox tamaşaçı tutumuma malik zal  Moskva vilayayətinin Krasnoqorsk şəhərində, “Crocus City” biznez kompleksinin ərazisində yerləşir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir