Türkiyə mühəndisləri yeni PUA-rabitə sistemi yaradıblar

Türkiyə müdafiə sənayesi müəssislərindən  biri olan “Meteksan” şirkəti  pilotsuz uçan aparatların (PUA) idarəedilməsində istifadə üçün yeni rabitə sistemi yaradıb.

Şirkətin mühəndisləri  OMTAS və UMTAS – tank əleyhinə raket, eləcə də Hisar-A, Hisar-O zenit-raket komplekslərində, SOM – uzaqmənzilli qanadlı raketlərdə tətbiq olunan analoji sistemlərin təcrübəsindən yararlanıblar.

Ötürücü sistem məlumatların yerüstü idarəetmə stansiyasından birbaşa PUA-ya ötürülməsini təmin edir. Eyni zamanda aparatdan göndərilən məlumatları qəbul edir.

Belə sistemlər PUA ilə yüksək sürətli rabitəni təmin etməklə yanaşı, fasiləsiz və təhlükəsiz olmalıdır. Məxfilik də əsas şərtlərdəndir.

“Meteksan” istehsalı olan yeni rabitə sistemi məhz bu sadalanan keyfiyyətləri ilə seçilir. Bu da şirkətin müasir texnologiyalara üstünlük verməsi sayəsində mümkün olub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir