Yer kürəsinin orbitində iki minə yaxın süni peyk var

Yer kürəsinin orbitinə ilk peyk 1957-ci ildə SSRİ tərəfindən çıxarılıb.

Hazırda orbitdə 1957 ədəd aktiv peyk fəaliyyət göstərir. Bu peyklərin 830-u ABŞ-a, 280-i Çinə, 147-si Rusiyaya, 75-i Yaponiyaya, Britaniya və Hindistanın hər birinə 54-ü, Kanadaya 37-si   məxsusdur.  145 peyk çoxmillətli – beynəlxalq təyinatlıdır.

Peyklərin 385-dən  hökumət, 302-dən hərbi, 145-dən mülki məqsədlər üçün istifadə olunur. 846 peyk çoxtəyinatlıdır.

Bu kosmik peyk “donanma”sına Azərbaycanın 3, qardaş Türkiyənin 6 peyki də daxildir.

ABŞ-ın “SpaceX” orbitə peyk daşımaları həyata keçirən şirkətinin qurucusu Elon Musk  dövlətlərarası  kosmik yarışın daha da böyüyəcəyi qənaətindədir. Buna səbəb kimi də şirkətinin kosmosa cəmi 150 milyon dollara – yaxın rəqiblərindən  250 milyon dollar ucuz qiymətə peyk daşıma  xidməti təklif etməsini göstərib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir