Filippində zəlzələ olub: həlak olan və itkin düşənlər var

Beynəlxalq seysmoloji stansiyaların  verdiyi məlumata görə, Filippinin şərqindəki Samar adasında b 6,3 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Tutubigan şəhərinin 13 kilometrliyində, yer təkinin 70 kilometr dərinlikdə olub.

Təbii fəlakət nəticəsində  bir ticarət mərkəzi dağılıb, şəhərdəki  tikililərə, o cümlədən hava limanına ciddi ziyan dəyib. Bölgədən gələn xəbərlərdə  11 nəfərin həyatını itirdiyi, çox sayda insanın itkin düşdüyü bildirilir.

Xatırladaq ki, Sakit okeandakı “Atəş çənbəri” adlı zəlzələ və vulkan qurşağında yerləşir.  Bundan əvvəl, 2013-cü ildə baş vermiş 7,2 bal gücündəki zəlzələdə 144 nəfər həlak olmuşdu.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir