Yeni “Ejder Yalçin 4x4”  sərgidə

Türkiyənin “Ejder Yalçin 4×4” taktiki zirehli maşınının yeni modifikasiya XIV hərbi-sənaye sərgisi İDEF-2019-da nümayiş olunacaq.

“Nurol Makina” və “Sanayi AŞ” türk şirkətlərinin mühəndisləri  “Ejder Yalçin 4×4”  bazasında zirehli təcili yardım maşını yığıblar.  Layihə müəllifləri yeni modellər üzərində işlədiklərini, mövcud nümunələrin təkmiləşdirilməsi ilə məşğul olduqlarını açıqlayıblar.

Jurnalistlərə verilən məlumatlar görə, “Ejder Yalçin 4×4”  hazırda 10 ölkəyə 5 modifikasiyada satılır. Şirkət nümayəndələri başqa ölkələrin də bu zirehli maşınlara maraq göstərdiyini, yeni müqavilələr bağlamaq ərəfəsində olduqlarını  bildiriblər:

İndiyəcən sifarişçilərə 500 ədəddən artıq zirehli maşın çatdırılıb, bir bu qədər sayda da yeni müqavilələr ətrafında müzakirələr gedir.

Qeyd edək ki, “Ejder Yalçin 4×4”  zirehli maşınları Türkiyədə müxtəlif relyefli ərazilərdə, Şimali Afrikadakı Böyük Səhrada, Orta Asiyanın çöllərində və mürəkkəb dağlıq relyefə malik ölkələrdə müvəffəqiyyətlə sınaqdan çıxarılıb. Ən başlıcası isə, bu texnika özünü real hərbi şəraitdə – döyüşlərdə özünü doğruldub.

 

 

Sərgi aprelin 3—dan mayın 3-ə qədər  İstanbuldakı TÜYAP  sərgi mərkəzində keçiriləcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir