İnsan beynindən keçən fikirləri oxuyan avadanlıq təkmilləşdirilib

Alimlər insan beynindən keçən fikirləri oxuya və süni intellektlə işləyə bilən avadanlıq hazırlayıblar.

Eksperimental layihə San-Fransiskodakı (ABŞ) Kaliforniya Universitetinin alim-mütəxəssislərindən ibarət komanda tərəfindən  həyata keçirilir. Bu barədə ötən il elm ictimaiyyətinə məlumat verilib. Tədqiqat komandası ilk mərhələdə beyin düşüncələrini  kənardan “oxumağa” imkan verən alqoritm tapdığını  açıqlamış, texnologiyanın təkmilləşriməklə məşğul olduqlarını bildirmişdilər.  Mütəxəssislər ötən müddətdə gördükləri işlər, layihədəki irəliləyiş haqqında  yeni məlumat yayıblar.

Nəticə kifayət yüksək olub.  Iki mərhələli  eksperiment sonunda bəlli olub ki,  avadanlıq beyindən alınan siqnallar əsasında dəqiqədə 150 sözdən ibarət cümlələr səsləndirib. Dəqiqlik dərəcəsi 70% təşkil edib.

Görülən işləri şərh edən komanda üzvü – professor Edvarq Çanq qeyd edib ki, tarixdə ilk dəfə beyindən alınan siqnallar, beyin aktivliyi əsasında şifahi nitq qurulub.

Ekspertlərin fikrincə, bu texnologiya gələcəkdə nitq qabiliyyətini itirmiş xəstələrə yardım üçün istifadə oluna  bilər.

Tədqiqatın elmi təfərrüatı “Nature” jurnalında dərc olunub.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir