Türkiyə və Azərbaycan hərbçiləri Soyqırımı Kompleksində olublar

Azərbaycan-Türkiyə birgə hərbi təlimində iştirak edəcək hərbçilər  Qubadakı  Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Onlara Ermənistanın Azərbaycasna qarşı apardığı işğalçılıq siyasətinin tarixindən danışılıb, bu prosesin ötən əsrin əvvəllərindən başlaması haqqında məlumat verilib. Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də  aşkarlanıb. Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ərazini və tapılan insan qalıqlarını tədqiq ediblər.  Akademik araşdırma və ekspertizalar nəticəsində  müəyyən edilib ki, buradakı kütləvi insan qalıqları  1918-ci ildə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Qubanın dinc əhalisinə  aiddir.

Kütləvi məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib.

Xatırladaq ki,  mayın 1-dən 3-dək ölkəmizdə “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir