Kainatda ilk yaranmış molekul kosmosda qeydə alınıb

Alimlər kainatda yaranmış ilk molekul  növünün bir  nümunəsini  kəşf etdilər

ABŞ-ın Havaçılıq və  Kosmos Agentliyi  NASA-dan  yayılan  açıqlamaya  görə İnfraqırmızı Astronomiya üçün Stratosfer Rəsədxanası (SOFİA) kainatdakı ilk molekul kimi tanınan helium və hidrogen atomlarının birləşməsi nəticəsində yaranmış  “helium hidrit” adlı bir molekul – ion nümunəsini təyin  edib.

Alimlər hesab edirlər ki, Böyük partlayışdan təxminən 100 min il sonra yaranan “helium hidrit” dünyada atomların  bir-birinə bağlanması  ilə  təşəkkül tapan kimyəvi tərkibli zərrəciklərin  ilk  nümunəsidir.

Tədqiqatın elmi detalları “Nature” jurnalda dərc edilib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir