“New York Times” üzr istədi, amma Trampdan yox...

Ötən cümə axşamı günü “New York Times”ın (NYT) dərc etdiyi karikaturaya görə ABŞ prezidenti  Donald Trampdan üzr istədiyi xəbəri yayılsa da, o, bunu təkzib edib. Tramp rəsmi “Twitter”  səhifəsində bu barədə yazaraq  qəzetin şəxsən ondan üzr istəmədiyini bildirib. ABŞ prezidenti   NYT qəzetini sərt tənqid atəşinə tutub, onu  tez-tez yalan xəbərlər yaymaqda günahlandıraraq yazıb:

“New York Times” təhlükəli antisemit karikaturaya görə üzr istəsə də, məndən buna və gündəlik haqqımda yaydığı yalan, əxlaqsız xəbərlərə görə üzr istəməyib. Bu qəzet jurnalistikanın ən aşağı səviyyəsinə endi və qəzetin tarixində şübhəsiz  aşağı bir nöqtədədir.

 

 

Xatırladaq ki, “New York Times” qəzeti bu təhqiramiz karikaturu dərc etdikdən sonra ciddi ictimai qınaqla üzləşmişdi. Qəzeti tənqid edənlər onu antisemitizmdə ittiham edərək buna kəskin etirazlarını bildiriblər.

İctimai qınaqdan çəkinən NYT  şənbə gününkü nömrəsində karikaturanın “antisemit elementləri” daşıdığını etiraf edib

Bu, çirkin görüntü idi və bu karikaturanın dərcinə icazə verilməsi yanlış qərar idi

yazsa da,  şəxsən ABŞ prezidentindən buna görə üzr istəməyib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir