Şri-Lankada üz örtükləri qadağan olundu

Şri-Lanka prezidenti Maytripala Sirisena insanın üzdən şəxsiyyətini müəyyən etməyə maneəçilik törədən istənilən geyim növündən istifadəni qadağan edən sərəncam imzalayıb.

Təklif  keçən həftə nazirlər kabinetinin yığıncağında irəli sürülmüşdü və prezident bunu bəyənərək müvafiq sərəncam verdiyini açıqlayıb.  Bu addımın  ötən həftə silsilə terror aktlarından sonra təhlükəsizik tərbirlərinin gücləndirilməsi məqsədilə atıldığı bildirilib.

Qadağa bu gündən qüvvəyə minib.

Xatırladaq ki, Şri-Lankada aprelin 21-də törədilmiş terror aktları nəticəsində əvvəlcə 359 nəfərin həlak olduğu, 500 nəfərinsə yaralandığı elan edilmişdi. Dünən isə rəsmi orqanları  hesabın düz aparılmadığını bildirərək terrorda həyatını itirənlərin sayının “253 nəfərə yaxın” olduğunu açıqlayıblar.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir