Türk dünyasının uşaqları İstanbuldadır

İstanbulun Kadıköy rayonunda Türk dünyası uşaqlarının  23-cü festivalı başlayıb

Festivalın təşkilatçısı Türk Dünyasının Tədqiqatı Fondudur.  Tədbirdə məqsəd  türk dövlətlərinin böyüməkdə olan yeni nəslini qardaş ölkələrin mədəniyyəti ilə tanış etmək, uşaqlar arasında dostluq yaratmaqdır.

Festivalda Azərbaycandan, Qırğızıstandan, Özbəkistandan, Türkmənistandan, Şimali Kipr Türk Respublikasından, Krımdan, Qaqauzdan, Rusiyanın türklər yaşayan bölgələrindən – Kabarda-Balkar Respublikasından, Başqirdistandan, Qaraçay-Çərkəzdən, Çuvaşiyadan, Tatarıstandan, Dağıstandan, Saxa-Yakutiyadan, həmçinin  Əfqanıstandan, Bolqarıstandan, İraqdan, Kosovodan, Şimali Makedoniyadan, Şərqi Türküstandan uşaqlar iştirak edir. Onların arasında axıska türkləri də var.

Ümumilikdə bu uşaq bayramına 540  şagird və 84 müəllimdən ibarət 34 qrup gəlib.

 

Festival uşaqların Kadıköydə bayraq yürüşü ilə başlayıb. Daha sonra onlar Atatürkün heykəli önünə əklil qoyub vətən uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsini  bir dəqiqəlik sükutla anıblar.

Proqrama əsasən, bu gün İstanbul Bağçılardakı Olimpiya idman kompleksində bayram konserti, mayın 2-də isə 14-cü Vokal müsabiqəsi keçiriləcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir