Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimləri başlayıb 

“Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimləri bu gündən başlayıb

Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, birgə əməliyyat vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan-Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.  Təcrübə mübadiləsi  iki ölkənin hərbi qulluqçularının birgə fəaliyyət və qarşılıqlı anlaşma bacarığını yüksək səviyyədə saxlamaqdır.

Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları,  döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə, eləcə də zenit-raket bölmələri cəlb edilib.

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti aprelin 22-dən Azərbaycandadır və təlimə qədər bir sıra mədəni-kütləvi tədbirlərə qoşulub.

Birgə təlimlər mayın 3-də sona çatacaq.  Azərbaycan Müdafiə Nazirliyi bu hərbi aksiya barədə rəsmi video material hazırlayaraq ictimaiyyətə təqdim edib:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir