Türkiyənin "Tanok" lazerli raketləri analoqlarından üstün və iqtisadi səmərəlidir

İstanbulda keçirilən müdafiə sənayesi sərgisi IDEF-2019 -da Türkiyənin yerli istehsalı olan bir sıra müasir hərbi silah və ləvazimatlar sırasında tankəleyhinə raket də nümayiş olunur.

“ROKETSAN” şirkətinin məhsulu olan 120 millimetrlik raket  lazer yönəldicisinə malikdir.  “Tanok” adlı bu lazerli raket çəkisinin az olması, sadəliyi və dəqiqliyi ilə yanaşı, analoqlarından  istehsalında iqtisadi effektliliyi  ilə fərqlənir.

“Tanok” tankəleyhinə raket komplekslərində, ayrı raket komplekslərində,  həmçinin nəqliyyat vasitələrinin üzərində quraşdırıla bilər.

Raketin  idarəolunan lazer sistemi  sayəsində yerüstü digər hədəfləri də məhv etmək mümkündür.

“Tanok”un diametri 120mm, uzunluğu 984mm, çəkisi 11 kiloqram, zərbə məsafəsi 1-6 kilometrdir.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir