2 MAY

  • 2 may 1808-ci ildə İspanyanın paytaxtı Madriddə məşhur “Dos de Mayo” qiyamı başlayıb.  Madridin Fransa qoşunları tərəfindən işğalına  və Napoleonun qardaşını İspaniya kralı elan etməsinə reaksiya göstərən yerli xalqın mücadiləsi zamanı yüzlərlə adam həlak olub.

 

  •   1885-ci ilin 2 may tarixində Kastamonu Əbdürrəhman Paşa liseyinin təməli atıldı. Bu məktəb Türkiyədə açılan ilk rəsmi lisey sayılır.

 

  •   1926-cı ilin 2 mayında Atlantik okeanının iki yaxası arasında ilk faks mesajı göndərilib.

 

  •   1982-ci ildə Folklend adası uğrunda müharibənin gedişatında Britaniyaya məxsus “Konkverer” sualtı qayığı Argentinanın hərbi dəniz qüvvələrinin iftixarı sayılan “General Belqrano” kreyserini batırıb. Üç torpedo atəşindən 36 dəqiqə sonra gəmi Cənubi Atlantikanın sularına qərq olub.

 

  •   2 may 2011-ci ildə Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri  Pakistanın Abbottabad şəhərində  Usame bin Laden öldürüb.

 

Bu gün Avropada intibah dövrü incəsənətinin dahi nümayəndələrindən biri – rəssam, şair, ixtiraçı və mühəndis Leonardo de Vinçinin xatirə günüdür. (O, 1452-ci ildə doğulub)

İtaliyanın bu görkəmli sənətkarı öz dövrünə görə xeyli mütərəqqi ideyalar irəli sürdüyü üçün kilsə inkvizisiyası tərəfindən daim təqib olunub.

Leonardo de Vinçi dahi rəssam olmaqla yanaşı, həm də riyaziyyatçı, mexanik və mühəndis idi. (1452-1519)

Fizikada eksperiment dahisi” adlandırılan  amerikalı alim Robert Vud 1868-ci ilin bu günü Konkord şəhərində dünyaya gəlib.

32 yaşında ikən London Kral Cəmiyyəti kafedrasında məruzə oxuyan Robert 33 yaşında artıq Hopkins Universitetinin professoru olub.  (1868-1955)

 

  •   Azərbaycanın ilk qadın rejissoru Qəmər Salamzadə 1908-ci ilin 2 mayında Naxçıvanın Culfa şəhərində dünyaya gəlib.
  • Onun atası məşhur mollanəsrəddinçi, şair Əliqulu Qəmküsar Cəlil Məmmədquluzadənin yaxın dostu idi.

Azərbaycan Pedoqoji İnstitutunu bitirən Qəmər sonra Moskva Dövlət Kinematoqrafiya Texnikumunda (1929) təhsil alıb, Kulişov və Eyzenşteyn kimi sənətkarlardan kinonun sirrlərini öyrənib.

Qəmər Salamzadə “Dağlara hücum” filminin çəkilişində ilk dəfə rejissor köməkçisi kimi iştirak edib, daha sonra “Əlsiz adamlar” filmini çəkib.

“Natəvan” və “Nizami” qısametrajlı filmlərinin ssenari müəllifi həm də “Kiçik pəncərədən görünən dünya” kitabının müəllifidir. (1908-1994)

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir