ABŞ İŞİD-ə qarşı ilk dəfə F-35-lərdən istifadə edib

Amerika Birlәşmiş Ştatlarına mәxsus   F-35 qırıcıları terror tәşkilatı İŞİD-in  İraqın şimalındakı mövqelərinə  ağır zәrbәlәr endirib.

Bu barәdә məlumat Amerika Hәrbi Hava Qüvvәlәrinә tabe Yuta ştatındakı  Hill hәrbi hava bazasından verilib.

Mәlumata görә, ABŞ F-35 qırıcılarından  ilk dәfә istifadә edib.

Әmәliyyat çәrçivәsindә terrorçulara mәxsus sığınacaqlar, dәhlizlәr vә silah-sursat anbarları mәhv edilib.

F-35-lərin  aprelin 15-dә Birlәşmiş Әrәb Әmirliklәrindәki Әl Zafra hәrbi hava bazasına göndәrildiyi açıqlanıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir