"Barselona" qələbə çalıb, Messi 600-cü qolunu vurub

Çempionlar Liqasının ikinci yarımfinal oyunu sona çatıb. “Barselona” İspaniyada “Liverpul”u qəbul edib.

“Barselona”  3-0 hesabı ilə inamlı qələbə qazanıb.

Matçın birinci hissəsi  ispan klubunun minimal üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra oyun bərabərləşib. Təşəbbüsü ələ alan “Liverpul” ard-arda rəqib qapıda təhlükəli vəziyyətlər yaradıb. “Barselona”nın qapısında qol yetişib” – deyərkən, kataloniyalılar əks-hücumla  ingilislərin qapısına ikinci top vurulublar. Bundan sonra yenidən sahəyə hakim kəsilən “Barselona” 3-cü qolu da vurmağa müvəffəq olub.

Fasilədən sonra  hər iki qolu Messi vurub.  Onun cərimə zərbəs ilə “Liverpul”un qapısından keçirdiyi effektli qol  “Barselona” forması ilə attığı 600-cü top olub.

Qeyd edək ki, Messi bu nailiyyəti 14 ildə qazanıb.

ÇL-də cavab yarımfinal oyunları bir həftə sonra keçiriləcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir