4 MAY

  • 1912-ci ildə İtaliya qoşunları 400 il Osmanlı hakimiyyətində olmuş Rodos adasını işğal edib.

 

  •   1919-cu ildə Azərbaycan Demokratik Cümhuriyyəti nümayəndə heyətinin üzvləri Əlimərdan bəy Topçubaşov, Əhməd Ağayev və Ceyhun Hacıbəyli “Qafqaz Azərbaycanı reslublikasının Paris sülh konfransına memorandumu” adlı sənədi yenidən işləyib forumun keçirildiyi hər iki dildə – fransız və ingilis dillərində kitabça halında yayınlayıblar.  Sənədə yüksək keyfiyyətli rəngli xəritə də əlavə edilmişdi. Həmin xəritə fransız coğrafiyaşünası Forerin rəhbərliyi ilə hazırlanmışdı.

 

 

  • 1924-cü ilin Yay Olimpiya Oyunlarının açılışı mayın 4-də Fransanın paytaxtı Parisdə olub.

 

  •   1931-ci il 4 may tarixində Mustafa Kamal Atatürk üçüncü dəfə ölkə başçısı seçilib.

 

  •   1979-cu ilin 4 mayında “Dəmir ledi” ləqəbli Marqaret Tetçer (Margaret Thatcher) İngiltərə tarixinin ilk qadın baş naziri olub.

 

  •   1982-ci ildə bu tarixdə Amerikanın Massaçusets ştatında Türkiyənin Bostondakı konsulu Orhan Gündüz öz avtomobilində erməni terrorçuları tərəfindən qətlə yetirilib.

 

Eyni zamanda 4 mayda dünyada

 

  • 1807 — Fransa ilə Qacarlar arasında “Finkenşteyn” sazişi imzalanıb. Bu sazişlə Fransa Rusiyaya qarşı Qacarlara kömək göstərməliydi. Ancaq Napoleon bunu etməyib
  • 1814 — Napoleonun Elba adasında sürgün həyatı başlayıb
  • 1904 — Panama kanalının yarımçıq qalan tikintisi yenidən başlanıb
  • 1910 — Kanadada hərbi dəniz donanması təşkil edilib
  • 1920 — 11-ci Qızıl Ordu hissələri Astaraya daxil olub
  • 1922 — II Ümumazərbaycan sovetlər qurultayında ərzaq vergisi haqqında dekret qəbul edilib
  • 1960 — SSRİ Nazirlər Soveti yeni pulların dövriyyəyə buraxılması barədə fərman verib. Yeni pullar (sovet rublu) 1 yanvar 1961-dən tədavülə buraxılıb
  • 1966 — İtaliyanın Torino şəhərində SSRi və İtaliya arasında avtomobil zavodu tikmək barədə saziş imzalanıb
  • 1990 — Latviya SSR Ali Soveti ölkənin SSRİ tərkibindən çıxması barədə qərar qəbul edib
  • 1993 — Qırğızıstanda konstitusiya qəbul edilib
  • 1994 — Avropa Parlamenti Finlandiya, Norveç və Avstriyanın 1 yanvar 1995-dən etibarən Avropa Birliyinə qəbul edilməsinə səs verib
  • 1994. Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir