“Zeytun budağı” əməliyyatı zonasında Türkiyənin bir, Hakkari bölgəsində üç əsgəri şəhid olub

Türkiyə Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Suriya ərazisində,  “Zeytun budağı” əməliyyatı zonasında  PKK/YPG terroristlərinin açdığı atəş nəticəsində bir əsgər şəhid olub, biri yaralanıb.

İraqla sərhəddə, Hakkari bölgəsində də eyni terror təşkilatına aid terroristlərin həbri hissəyə xain hücumu sonunda 3 əsgər şəhid olub, biri yaralanıb.

Hadisələrlə bağlı yayılan  rəsmi məlumatlarda deyilir:

Hadisədən sonra terroristlərə aid olduğu müəyyənləşdirilən hədəflər dərhal atəş altına alınıb. Bizi dərindən üzən bu olayda həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələri ilə uca türk millətinə başsağlığı verir və səbr, yaralanan qəhrəman silah yoldaşımıza şəfa diləyirik.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir