Moskvadan qalxan təyyarə qəza enişi zamanı alışıb: həlak olan və yaralananlar var (yenilənir)

Son məlumat:

İstintaq komissiyasının açıqladığı yeni məlumata görə, qəzada həlak olanların sayı 41-ə yüksəlib.  Xəstəxanaya yerləşdirilmiş 6 nəfərdən 3-nün vəziyyəti ağırdır.  Sərnişinlərdən  33, heyətdən 4 nəfər  xilas olub.

Faciə ilə əlaqədar Murmanskda 3 günlük matəm elan edilib.

∇ ∇ ∇

Bu gün  Moskvadan Murmanska “SU-1492” reysini yerinə yetirən “RA-89098” bort nömrəli “Aeroflot” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100” (SSJ-100) sərnişin təyyarəsi Bakı vaxtı ilə saat 18:50-də havaya qalxıb.  Lakin   “Şeremetyevo” hava limanından havalandıqdan qısa müddət sonra  təyyarənin pilotları təcili  qəza enişininə izacə istəyib.

Təyyarə yalnız ikinci cəhddə eniş edə bilib.  Onun quyruq hissəsi tamamilə yanaraq məhv olub.

Rusiya mətbuatı  təyyarə qəzası nəticəsində 13 nəfərin həlak olduğunu yazır. Eyni zamanda həyatını itirənlərin sayının arta biləcəyi istisna edilmir. Təyyarədə 73 sərnişinin, 6 uçuş heyətinin olduğu açıqlanıb.

Qəza ilə bağlı aeroportda operativ qərargah yaradılıb.

İlkin ehtimallara görə,  təyyarəyə ildiım düşüb və nəticədə elektron avadanlıqlar sıradan çıxıb.

 

 

 

 

 

 

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir