YSK İstanbul seçkilərini yeniləməyə qərar verdi

İstanbul Böyükşəhər Bələdiyyəsinə yenidən seçkilər  23 iyun bazar günü keçiriləcək.

İstanbul Böşükşəhər Bələdiyyəsinə sədr seçkilərinin nəticələrinə  AKP-nin rəsmi etirazları və təqdim olunan dəlillər üzrə  aparılan araşdırma sonucu YSK  (7 nəfər lehinə, 4 nəfər əleyhinə olmaqla)  səs çoxluğu ilə bu qərarı verib.

Alınan qərara görə, bu, seçkilərin təkrarı və davamı olduğu üçün sadəcə yenidən səsvermə  keçiriləcək.

Son seçkiyə qatılmış siyasi partiyalar bu seçkidə də iştirak edəcək.  Partiyalar yeni namizəd irəli sürə bilməyəcəklər. Namizədlər yalnız onların ölümü  və ya partiyadan istefası  səbəbi ilə dəyişdirilə bilər.

Seçki bülletenlərinin forma və tərtibatı əvvəlki kimi qalacaq.

Seçici siyahıları da dəyişdirilməyəcək, eyni ilə saxlanılacaq.

YSK araşdırmasında  İstanbul seçkilərində 225 məntəqə seçki komissiyası sədrinin  və 3500 üzvünün qanunvericiliyin tələblərinə zidd mənsubiyyətli şəxslər olduğu təsdiqlənib. Məhz bu məntəqələrdəki saxtalaşdırılmış nəticələr seçkinin yekununa təsir göstərib.  Bu səbəbdən də YSK seçkini təkrarlamaq qərarına gəlib.

YSK MHP-nin Maltapədəki, AKP-nin Böyükçəkməcədəki  seçki nəticələri ilə bağlı  etirazlarını rədd edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir