NASA asteroid əleyhinə kosmik müdafiə sistemi yaradır

ABŞ-ın kosmik tədqiqatlar agentliyi NASA  “Cüt asteroidin yön dəyişdirmə testi” (DART) adı verilən layihə çərçivəsində  2021-ci ildə kosmosa zond qaldırılacağı haqqında məlumat yayıb.

Bu kosmik zond 2022-ci ildə Yerə 11 milyon kilometr məsafədə olacaq  Didymus asteroid cütünə çatıb onlara  kinetik təsir  göstərməklə  istiqamətini dəyişməyə çalışacaq. Hesablamalara əsasən, kinetik təsir gücü sayəsində  asteroidlərin hərəkət bucağı 1 dərəcə kənara sapacaq.

DART layihəsi 2015-ci ildən işlənilir. Asteroidlərdən müdafiə  sistemini NASA  J.Hopkins Universitetinin Tətbiqi Fizika Laboratoriyası ilə birgə yaradır.

Məqsəd təhlükəli, eləcə də zəhərli maddələr daşıyan asteroidlərin bu sistem vasitəsilə Yerlə toqquşmasının qarşısını almaqdır.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir