Şəxsi Məlumatları Qoruma Komitəsi Feysbuka cərimə kəsib

Türkiyənin Şəxsi Məlumatları Qoruma Komitəsinin rəsmi internet səhifəsində bu haqda məlumat yayılıb.

Komitə “Facebook”u  istifadəçilərə aid şəxsi məlumatların qoruması öhdəliyini pozduğuna, baş vermiş  texniki xətanı vaxtında aradan qaldırmadığına görə 1,1 milyon TL, əlavə olaraq  əlaqədar şəxslərə və orqana vaxtında məlumat vermədiyi üçün də 550 min TL cərimə edilməsinə qərar verib.

Xatırladaq ki, ötən ilin iyul ayında “Facebook”da  12 gün ərzində istifadəçilərin  özəl məlumatlarının üçüncü şəxslərə ötürülməsinə səbəb olmuş texniki xətanın baş verdiyini “Facebook”un mühəndislər direktoru Tomer Bar da təsdiq etmişdi.

“Fotoğraf API” adlı xidmət proqramından istifadə edən istifadəçilər  üçüncü şəxslərə konkret fotoya  və ya tarix intervalında paylaşılan  fotolara  baxış izni verdiklərini zənn ediblər.

Lakin sistemin proqram təminatında – kod yazısında səhvlər ucbatından üçüncü şəxslər digər şəkillərə də baxa və onları əldə edə biliblər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir