Ədliyyə orqanlaırna imtahan verənlərin 55 faizi müvəffəqiyyətli nəticə göstərib

Ədliyyə orqanlarında mövcud vakant ştat vahidlərinin peşəkar kadrlarla komplektləşdirilməsi məqsədi ilə may ayının 11-də qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzi ilə birlikdə Azərbaycan Texniki Universitetinin idman sarayında təşkil olunan  imtahanı aidiyyəti dövlət orqanlarının və qeyrihökumət təşkilatlarının nümayəndələri izləyib, həmçinin  gedişi nazirliyin internet səhifəsi  vasitəsilə canlı  rejimində birbaşa yayımlanıb

“Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.

301 namizəddən 165 nəfər keçid balı toplayaraq müvəffəqiyyət qazanıb.  

Test imtahanında uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədləri 15 gün ərzində  saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

Xatırladırıq ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunla müəyyən edilmiş bütün tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcəkdir.

Əlavə informasiyanı nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir