Geotermal energetikanın inkişafına təkan verəcək sement növü yaradılıb

İstifadə edilən materialların natamamlığı geotermal energetikanın  inkişafını məhdudlaşdıran amillərdəndir.

ABŞ  tədqiqatçıları tərəfindən hazırlanan özünübərpa xassəli yeni  sement növü bu sahədə vəziyyəti düzəldəcək qəbildəndir.  Mexaniki və temperatur təsirlərinə daha davamlı  bu yeni material  – sement növü gələcəkdə bir çox sahədə adi sementi  əvəz edə bilər.

Sement geotermal elektrik stansiyalarının tikintisində istifadə olunan əsas materiallardandır. Lakin o, təzyiqə və istiliyə dayanıqlı deyil.

Brukheyven (ABŞ)  Milli Laboratoriyasının mütəxəssislər tərəfindən hazırlanmış sement  belə təsirlərə davamlı olmaqla yanaşı özünübərpa xüsusiyyətinə malikdir.  Yəni zamanla sement öz xüsusiyyətini itirmir, təzyiq və temperatur altında uzun müddət aşınmır və yaranan zədələr xeyli az olur.

Adi sementə özünübərpa xassəsi vermək üçün  tədqiqatçılar ona xüsusi polimer əlavə ediblər. Bu polimer sementə mütəhərriklik verir – bu da betonda çatlamaların baş verməsinin və ya onların genişlənməsinin qarşısını alır. Çat əmələ gəldikdə polimer zəncirləri boşluğu doldurur və yapışdırıcı xüsusiyyəti ilə böyüməsinə imkan vermi

Kompüter simulyasiyalarında və laboratoriya sınaqlarında yeni sementin  adi sementdən  60-70% daha elastik, əmələ gələn çatların  87% daha kiçik olduğu qeydə alınıb.

Yeni material geotermal istilikdən daha çox elektrik enerjisi istehsal etməyə  imkan verəcək. Bu vaxtadək məhz oxşar problemlər üzündən, texnologiyaların  natamamlığı ucbatından geotermal istilikdən elektrik enerjisi istehsalı iqtisadi səmərəli  sayılmırdı. Ekspertlərin fikrincə, kəşf olunan bu sement  növü vəziyyəti dəyişəcək və yeni stansiyaların tikintisinə təkan verəcək.

Sementin tətbiq sahələrinin son dərəcə  əhatəli olması polimerli sementin  adi inşaatdan tutmuş neft sənayesinədək  istifadə perspektivi var.

Yeni növ sement  geniş tətbiq edilərsə istehsalatda  təmir xərcləri xeyli azalacaq. Tədqiqatçıların hesablamalarına görə, bu ABŞ üzrə  3,4 milyard dollar qənaət deməkdir.

Doğrudur, polimerli  sement növü adi materiallardan baha başa gələcək. Bununla belə, daha uzunömürlü və effektli nəticə verəcəyindən iqtisadi səmərəli olacaq. Onun nüvə tullantılarının utilizasiyasında, hidroelektrik  stansiyalarında tətbiqi  bu obyektlərdə yoxlamaların da sayını azaldacaq.

İsveçdə yeni fəaliyyətə başlamış “Baseload” şirkəti Geotermal energetikanın inkişafı istiqamətində yeni ideya ilə çıxış edib. Şirkətin mühəndisləri  Yer kürəsinin (tərkinin) enerjisini xüsusi modullarla elektrik enerjisinə çevirməyi təklif edirlər. İdeya sərmayəçilərdə, o cümlədən “Breakthrough Energy Ventures” Fondunda maraq doğurub.

Qeyd edək ki, bu fond Bill Qeyts və Cefer Bezos tərəfindən maliyyələşdirilir.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir