14 MAY

Dünyada:

  • 1500 — Braziliya ərazisi Portuqaliyanın protektoratına çevilib.
  • 1643 — XIII Lüdoviqin vəfatından sonra onun 4 yaşlı oğlu XIV Lüdoviq Fransa taxt-tacına sahib olub.
  • 1796 — Bioloq Edvard Cenner ilk dəfə 8 yaşlı bir oğlan uşağını çiçəyə qarşı peyvənd edib.
  • 1805 — Qarabağ xanlığının Rusiyaya ilhaq edilməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb.
  • 1811 — Paraqvay İspaniyadan ayrılaraq müstəqillik əldə edib.
  • 1869 — Qazaxıstanda Aktyubinsk şəhərinin əsası qoyulub.
  • 1900 — Parisdə II Yay Olimpiya Oyunlarının açılışı olub.
  • 1922 — Başqırdıstanın paytaxtı Sterlitamakdan Ufaya köçürülüb.
  • 1939 — Peruda 5 yaşında ikən uşaq dünyaya gətirən Lina Medina tibb tarixinə ən gənc ana olaraq düşüb.
  • 1941 — Parisdə faşistlər 3600 yəhudini həbs edib.
  • 1948 — İsrail dövləti öz müstəqilliyini elan edib.
  • 1955 — Sovet İttifaqı da daxil olmaqla səkkiz sosialist ölkəsi Varşava müqaviləsini imzalayıb.
  • 1960 — Parisdə “Böyük dördlük” – Böyük Britaniya, SSRİ, ABŞ və Fransa görüşə başlayıb.
  • 1998 — Associated Press agentliyi 150 illiyini qeyd edib.
  • 2002 — Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım haqqında müqavilə imzalanıb.

Dünyaya gəliblər:

  • 1265 — Dante Aligyeri – italyan şair.
  • 1916 — Vəli Axundov – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1959–1969)
  • 1944 — Corc Lukas – amerikalı rejissor-ssenarist.
  • 1945 — Yohanan Vollax – İsrail futbolçusu.
  • 1950 — Arif Quliyev – azərbaycanlı aktyor.
  • 1969 — Keyt Blanşet – avstraliyalı kinoaktrisa.

Dünyadan köçüblər:

  • 1985 — Bəhram Mansurov – azərbaycanlı tarzən.
  • 1998 — Frenk Sinatra – amerikalı müğənni və aktyor.
Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir