17 MAY

1870-ci il mayın 17-də Azərbaycan yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür (1870-1933). Gəncə quberniyasından Rusiya Dövlət Dumasına nümayəndə seçilib. 1908-ci il yanvarın 12-də “Leyli və Məcnun” operasının ilk tamaşasına dirijorluq edən Ə.Haqverdiyev “Bəxtsiz cavan”, “Pəri-cadu”, “Dağılan İttifaq” faciələrinin”, “Yeyərsən qaz ətini, görərsən ləzzətini” dramının, “Həyat” qəzetində və “Molla Nəsrəddin” jurnalında dərc olunan felyeton hekayələrinin də müəllifidir.

 

  • 17 may 1880-ci il tarixində Türk yazıcı, şair, dövlət xadimi Ziya paşa həyatını itirdi.
  • 17 may 1940-cı il tarixində İkinci Dünya müharəbəsində Almaniya orduları Belçikanı işğal edərək Brüsselə girdi.

 

  • 1954-cü ilin 17 mayında ABŞ-da qara dərili uşaqların ağ dərili uşaqlarla eyni məktəblərə getmələrinə mane olan qanun ləğv olundu.

 

  • 17 may 1957-ci ildə Türk yazıcı, tənqidçi Nurallah Ataç İstanbulda dünyasını dəyişdi.

 

  • 1969-cu il. Beynəlxalq Elektroəlaqə İttifaqının İdarəedici Şurasının qərarı ilə Beynəlxalq Telekommunikasiya və Rabitə Günü təsis olunub. 17 may, eyni zamanda Ümumdünya İnformasiya Cəmiyyəti Günüdür. Bu Gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2006-cı il martın 27-də təsis olunub. Bu tarixin seçilməsi də təsadüfi deyil. 1865-ci ilin həmin günündə Parisdə 20 Avropa ölkəsinin nümayəndələri Beynəlxalq Teleqraf İttifaqının yaradılması haqqında müqavilə imzalayıblar.

 

  • 17 may 1995-cil tarixində Türk alpinist, yazıçı və fotoqraf Nasuh Mahruki bir ilki həyata keçirdi və dünyanın ən hündür yeri Everestə dırmanan ilk Türk və  dünyadaki ilk müsəlman olaraq tarixdə öz yərini tutdu.

 

  • 2000-ci il 17 may tarixində “Qalatasaray” UEFA kubokunu qazanan ilk Türk futbol komandası oldu.
Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir