Kəmərlərlə neft nəqli 3 faiz azalıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 12 950,1 min ton neft nəql edilib.

Bu,  ötən ilin müvafiq dövrünə nisbətən 3% azdır.

Nəqletmənin 81%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Belə ki, cari ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 10 milyon 483,7 ton neft ötürülüb.

ki, bu da ötən ilin müvafiq dövründən 3,48% azdır. Dövr ərzində BTC kəməri ilə 1 523,4 min ton tranzit nefti də nəql edilib.

Xatırladaq ki, BTC   kəməri  Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. Hazırda BTC kəməri ilə  əsasən  Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG)  nefti  və “Şahdəniz” kondensatı  daşınır.  Eyni zamanda  bu kəmərlə  digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti də nəql olunur.

Azərbaycan nefti daha iki kəmərlər –  illik ötürücülük qabiliyyəti 7 mln. ton olan Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri  ilə daşınır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir