Bakı Nəqliyyat  Agentliyi maarifkəndirici daha bir sosial video çarx hazırlayıb. Bu haqda agentliyin yaydığı məlumatda deyilir:

Təhlükəsiz nəqliyyat mühitinin formalaşdırılmasında insanların düzgün maarifləndirilməsinin vacibliyini nəzərə alaraq, başlanılan “Yol həyatdır” layihəsi davam edir. Layihə çərçivəsində hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə “Səhvlərinin cəzasını başqalarına ödətmə” adlı ilk videoçarx hazırlanıb.

“Yol həyatdır” sosial layihəsinin məqsədi  piyada və sərnişinlərin yol hərəkəti qaydalarına yiyələnmələri və əməl etmələri istiqamətində maarifləndirmə  aparımaqdır.

Agentlik maarifçiliklə  Bakı şəhərində yol-nəqliyyat hadisələrinin sayının minumuma endirilməsinə  və paytaxtda təhlükəsiz nəqliyyat mühitinin yaranmasına   nail olmağı düşünür.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir