Türkiyə Krım tatarları və Qafqaz xalqlarının ağrı-acısını bölüşür

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü  Hami Aksoy Türkiyənin Krım tatarları ilə Qafqaz xalqlarının ağrı-acısını bölüşdüyün fadə etdi.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü  Hami Aksoy  çərkəz və Krım tatarlarının sürgününün ildönümü ilə əlaqədar brifinq keçirib.

1944-cü il 17-18 may gecəsində təxminən 250 min Krım tatarının vətənindən qoparıldığını xatırladan Aksoy  deyib:

“75 il əvvəl on minlərlə Krım tatarı sürgün zamanı həlak oldu. Bir çoxu isə məruz qaldıqları ağır sürgün şərtlərində vətən həsrəti ilə ana yurdlarından uzaqlarda vəfat etdilər”

Aksoy 21 mayın da tarixə “Çərkəz sürgünü günü” kimi  düşdüyünü də vurğulayıb:

“Soydaş Krım tatarları ilə  Qafqaz xalqlarının ağrı-acısını bölüşür, sürgünlərdə həlak olanları rəhmətlə anır, əziz xatirələri önündə hörmətlə baş əyirik”

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir