Azərbaycan Kubokunu "Qəbələ" qazanıb

Final oyunu  Naxçıvan Muxtar Respublikası Stadionunda keçirilib.

Avropa Liqasına vəsiqə verən mükafat uğrunda matç “Qəbələ” və “Sumqayıt”arasında oynanılıb.

İkinci dəfə Naxçıvanda keçirilən  finaldan öncə açılış mərasimi və konsert proqramı təşkil olunub.

Oyunun 4-cü dəqiqəsində “Qəbələ”nin vurduğu qol  oyunun taleyini həll edib –  “Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunu qazanıb.

Qeyd edək ki, “Qəbələ” Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir