Eurovision-2019: Azərbaycana qarşı növbəti təxribat

“Eurovision-2019” mahnı müsabiqəsinin final konsertinin translyasiyası zamanı  efirdə Azərbaycanın ərazi bütövlüyünə növbəti dəfə qəsd edilib:  hiyləli üsulla  Azərbaycan xəritəsi efirdə təhrif olunmuş şəkildə cızılıb.

Ölkələr üzrə səsvermə zamanı  Azərbaycana  qrafik-vizual  video keçiddə ölkəmizin  zərrəciklərlə işarələnən  xəritəsində Qarabağ və işğal altındakı ətraf rayonlar, o cümlədən Naxçıvan yer almayıb. Video effekt qısamüddətli olduğundan yarış həyəcanı içində olan tamaşaçıların əksəriyyəti buna diqqət etməyib.

Amma çox şükür ki, əlaqədar orqanlar bu məqamı diqqətdən qaçırmayıb: İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2019” mahnı müsabiqəsinin təşkilatçılarına, eləcə də  Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edib.

Qarşı tərəf məsələ ilə bağlı hələ ki izahat verməyib.

Bu hadisə əslində yarımfinal mərhələsində mətbuat konfransı zamanı mikrofon dayağına Azərbaycan bayrağının tərsinə vurulmasının da təsadüf olmadığına dəlalət edir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir