Bu dəfə insanlar delfini xilas etdilər

Türkiyədə –  Samsunun Atakum mahalında, Kurupelit yaxta limanı həndəvərində delfin quma batıb.  Dalğaların gətirdiyi qum kütləsi su səviyyəsini aşağı saldığından və qatılaşdırdığından o batdığı yerdən çıxa bilməyib.

Delfinin qumda batdığını və ölmək üzrə olduğunu görən sakinlər  Samsun Böyükşəhər Bələdiyyəsi Xilasetmə Xidmətinə  məlumat veriblər.

19 May Atatürkü Anma Gənclik və İdman Bayramı tədbirlərində iştirak edən dalğıclar  təcili delfinin  olduğu sahəyə göndəriliblər.  Onlar delfini qumdan çıxararaq qayığa qaldırıblar. Daha sonra delfin dənizə doğru 3 kilometr aparılıb və  dərin yerdə suya buraxılıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir