Zaqrebdə 8-ci Türk Filmləri Həftəsi başlayıb

Yunus Əmrə İnstitutunun və Xorvatiya-Türkiyə Dostluq Dərnəyinin əməkdaşlığı Xorvatiyanın paytaxtı Zaqrebdə 8-ci Türk Filmləri Həftəsi keçirilir.  Həftə  “Avropa” kinoteatrında Yavuz Turgulun “Ov mövsümü” filmi ilə açılıb.

Türkiyənin Zaqrebdəki səfiri Mustafa Babur Hızlan bu ilki Türk Filmləri Həftəsinin olduqca zəngin bir proqrama malik olduğunu söyləyib.

Xorvatiya-Türkiyə Dostluq Dərnəyinin başçısı Qoran Beus Riçemberqh də kinofilmlər həftəsi çərçivəsində Türkiyənin mədəniyyətinin Xorvatiyada tanıdılacağını vurğulayıb və qeyd edib ki,  xorvat xalqı bu tədbirə  böyük maraq göstərdiyir.

Zaqrebdə mayın 26-dək “Buğda”, “Qələndər soyuğu”, “Qardaşım mənim”, “Bütün səadətlər mümkündür”, “Yuxu”, “İftarlıq qazl su”, “Süfrə sirləri”, “Rafadan tayfa dəhliz macərası” və  “Yabanı armud ağacı” kinofilmləri  nümayiş olunacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir