Türkiyə nə üçün S-400 alır?

Rusiya Araşdırmaları İnstitutunun (RUSEN) sədri, Ankara Yıldırım Beyazıt Universitetinin əməkdaşı
Salih Yılmaz
Prof. Dr.

Türkiyə hökuməti S-400 mövzusunda təzyiqlər qarşısında baş əyməyəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 12 iyun 2019-cu il tarixli açıqlamasında “Mən demirəm Türkiyə S-400 alacaq, mən deyirəm Türkiyə onları artıq alıb, bu bitmiş bir işdir. S-400 sistemlərinin uyğun qiyməti ilə yanaşı biz birgə istehsal üçün də müqavilə imzalamışıq. Ümid edirəm ki, qısa zamanda da sistem Türkiyəyə gələcək. Suriya böhranını S-400  və F-35-dən ayrı düşünməməliyik” deyərək Türkiyənin qətiyyətli mövqeyini ortaya qoydu.

Həmin gün 12 iyun Rusiya Günündə bu ölkənin Ankara səfiri Aleksey Yerhov da Rusiyanın S-400-lər mövzusunda mövqeyinin dəyişməyəcəyini, Türkiyə ilə Rusiya texniki heyətlərinin fəaliyyətlərini davam etdirəcəyini dilə gətirdi.

Açıqlamalar istiqamətində ABŞ və NATO-dan gələn bütün açıq təzyiqlərə baxmayaraq Türkiyə yeni və əhəmiyyətli bir mövqe ortaya qoyur. S-400-lərin iyul ayından etibarən ilk hissələrinin Türkiyəyə gəlməyə başlayacağı açıqlandı. Rusiya-Türkiyə arasında qəbul edilən razılaşma ilə S-400-lərdən sadəcə Türkiyənin hakim olduğu torpaqlarda istifadə edilə bilər. Bu maddəyə əsasən, son dövrdə tez-tez gündəmə gələn Türkiyə alıb üçüncü bir ölkəyə sata bilərmi mübahisəsi də uyğunsuzdur. Lakin Türkiyə ABŞ ilə böhran dərinləşəcəyi təqdirdə bu sistemi özünün bazası olduğu Şimali Kıbrıs Türk Cümhuriyyətində də qurma haqqına sahib ola bilər.

Türkiyə S-400-ləri bir müdafiə silahı kimi alır

Türkiyənin havadan müdafiə sistemi ehtiyacı 1 illik məsələ deyildir. Bu ehtiyacını ödəyə bilmək üçün son on ildir cəhd göstərir. Bəs, Türkiyə nə üçün S-400 almaq ehtiyacını hiss etdi? Çünki Türkiyə NATO müttəfiqi ABŞ-ın  “Patriot” zenit-raket kompleksləri tələbinə müsbət cavab verməməsi qarşısında dəyişik alternativlərə üz tutaraq Rusiyanın cazib təklifini dəyərləndirdi və S-400 havadan müdafiə sistəmini alma qərarına gəldi. Lakin mövcud prosesdə S-400 hərbi sistem olmaqdan çıxıb və ABŞ tərəfindən siyasi məsələyə çevrilməyə cəhd göstərilir.

ABŞ Dövlət Departamenti Türkiyənin Rusiyadan S-400 sistemlərini alacağı təqdirdə müxtəlif sanksiyalar tətbiq edilə biləcəyini tez-tez gündəmə gətirir. Hətta son olaraq ABŞ müdafiə nazirinin vəzifəsini icra edən Şanahanın Türkiyənin müdafiə naziri Hulusi Akara yazdığı məktubda sanksiyalar dilə gətirilərkən həmin zamanda Türkiyə kimi müttəfiqi olan bir ölkə də təhdid edilmişdir. ABŞ-ın bu mövqeyi nə müttəfiqliyə, nə də diplomatiyaya uyğun deyildir. Türkiyə S-400-ləri bir hücum silahı olaraq almır. Çünki S-400 müdafiə silahıdır. Türkiyəyə hücum etməyi düşünməyən hər hansı bir ölkənin bundan narahat olmaması lazımdır. ABŞ S-400-lərə etiraz edərkən satış üçün yeni təqdim olunan F-35 döyüş təyyarələrinin sistemlərini də ələ keçirə biləcəyini və NATO ilə uyğun olmadığını irəli sürür. Lakin Türkiyə birgə komissiya qurub bunun tədqiq edilməsini və əgər ABŞ-ın tezisləri doğru olacağı təqdirdə bundan imtina edə biləcəyini söyləsə də ABŞ bunu qəbul etməyərək bir cəhətdən ifadələrinin düzgün olmadığını da qəbul etmiş olur.

Türkiyənin aldığı S-400-lər ayrı bir sistemlə işlədiyi üçün və nəzarət tamamilə Türkiyədə olduğundan F-35-lərin sirrlərini Rusiyanın alması qeyri-mümkündür.

ABŞ terror təşkilatları ilə əlaqə saxlayaraq Türkiyəyə qarşı müttəfiqlik hüququnu heçə sayır

ABŞ Konqresinin keçən il qəbul etdiyi “Amerika düşmənlərinə sanksiya ilə mübarizə qanunu” (CAATSA) Türkiyəyə tətbiq edilsə ABŞ cəhətdən olduğu qədər bütün dünyaya təsir edə biləcək regional bir dəyişmə ola bilər.  NATO və Avropanın başda Qara dəniz olmaqla Şərqi Aralıq dənizi, şərqi Avropa, Balkanlar, Orta Şərq və digərlər sahələrdə Türkiyəsiz bir siyasət həm çox maliyyətli, həm də həlledilməz olacaqdır.

ABŞ Türkiyəni S-400 alaraq müttəfiqlik hüququnu pozmaqda ittiham edir. Lakin özü müttəfiq olaraq Türkiyənin illərdir istədiyi Patriot hava müdafiə sistemini verməməsini gündəmə gətirmir. Ayrıca 15 iyul 2016-cı ildə Türkiyədə çevriliş cəhdində iştirak edən və 200 nəfərin ölümünə, 2 minə yaxın adamın yaralanmasına səbəb olan FETÖ terror təşkilatının başçısını ABŞ-da saxlamağa, terror təşkilatı üzvlərinin ABŞ-da sığınacaq hüququ əldə etməsinə göz yumaraq əsl özü müttəfiqlik hüququnu pozur. Yenə Türkiyədə 1980-2019-cu illər arasında 40 mindən artıq insanın ölümünə səbəb olan və minlərlə insanı evsiz qoyan PKK-PYD terror təşkilatı ilə Suriyanın şimalında əməkdaşlıq edərkən və minlərlə TIR silah verərkən müttəfiqlikdən bəhs etmir. 

ABŞ bütün dünyanı hədələyərək beynəlxalq hüququ gözdən yayındırır

ABŞ-da müttəfiqlik hüququnu sadəcə öz maraqları söz mövzusu olduğu zaman gündəmə gətirir. Həmin şəkildə Almaniyaya “Şimal axını-2” qaz kəmərini çəkməsinə etiraz edərkən, Avropaya məndən icazə almadan öz ordunu qura bilməzsən dedikdə, bütün dünyanı Beynəlxalq Ticarət Təşkilatı əsaslarını pozaraq ticarət embarqoları ilə təhdid edərkən müttəfiqlik ruhunu heç xatırlamır.

Türkiyənin regional təhlükəsizlik təhdidlərinə baxmayaraq uzun müddət davam edən hava müdafiə sistemi axtarışının NATO müttəfiqləri tərəfindən gözdən yayındırılması Türkiyəni Rusiyadan S-400 almasına məcbur etmişdir deyə bilərik.

ABŞ-ın öz maraqlarını düşünərək Rusiya, Şimali Koreya, İran; Çin və Venesueladan sonra Türkiyəyə təktərəfli sanksiya qərarları qəbul etməyə hazırlaşması Avropa ölkələrinin də artıq ABŞ-ın təktərəfli siyasətlərinə səssiz qalmamaları dövrü gəlmişdir. Əgər Avropa ölkələri bu vəziyyət qarşısında səssiz qalsa Türkiyəsiz həm özlərinin təhlükəsizlikləri risk ilə qarşı-qarşıya qalacaq, həm də ABŞ-ın təktərəfli siyasətləri bir gün gələcək onlara da öz təsirini göstərəcək.

Türkiyə NATO-nun ən əhəmiyyətli üzvü kimi öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdi

ABŞ və Avropa ilkin planda Türkiyənin S-400 qərarının heç bir ölkəyə qarşı qəbul edilmiş bir qərar olmadığını başa düşməlidir. Dünyanın müxtəlif bölgələrində bir çox problem hökm sürərkən müdafiə məqsədli alınan bir silahı təhdid olaraq görmək beynəlxalq ictimaiyyəti qane etməyəcəkdir. Türkiyə illərdir başda Əfqanıstan olmaqla Kosova, Qara dəniz, Suriya, Bosniya və.s ölkələrdə NATO-nun fəal ölkəsi olub. ABŞ siyasətlərilə Türkiyəni təhnalaşdırmaq istəyirsə bunu bacara bilməyəcək və Türkiyə ictimaiyyətinin reaksiyasına məruz qalacaq. Bununla belə Türkiyə müdafiə sənayesinin xaricdən alınan ehtiyaclarını Rusiya və Çindən ödəmək məcburiyyətində buraxa bilər. ABŞ sərmayə qoyuluşları qarşısında yarana biləcək boşluğu və təcrid halını siyasi, iqtisadi və yaxud da hərbi olaraq başqa ölkələrin doldurması ABŞ-ın Türkiyəni tamamilə itirməsinə də səbəb olacaqdır. Türkiyənin S-400 qərarı suverenlik əsasları ilə birlikdə nəzərə alınmalıdır. Türkiyə hava müdafiə ehtiyaclarını ən uyğun sistem və ən uyğun tədarükçü ilə həll etməyə üstünlük vermişdir. ABŞ hökuməti Patriot satmadığı üçün Türkiyə təbii olaraq yeni tədarükçü axtarmağa başlamışdır. ABŞ hökuməti CAATSA-nı səbəb kimi irəli sürərək Türkiyəyə siyasi və hərbi sanksiyalar tətbiq edə bilər və bunların iqtisadi nəticələri olacaq. Lakin bu sanksiyalar  orta və uzun müddətdə Türkiyənin mövqeyi üzərindən arzu edilən dəyişikliklərə səbəb olmayacaq. Türkiyə ictimaiyyəti keçmişdən bəridir haqlının, təzyiq edilənin yanında olan, demokratiyaya inanan bir millətdir. ABŞ Türkiyəni cəzalandıraraq bunu qəbul etdirəcəyini düşünürsə bunun tamamilə ziddi təsir edəcək. Güclü ölkələr zəif gördükləri ölkələri əzərək yaxud da təhdid edərək bu dünyaya sülh gətirə bilməyəcəklərini başa düşdükləri zaman bütün dünyaya dinclik hakim olacaq.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir