Dəniz süngərindən xərçəng əleyhinə dərman hazırlanır

İlkin tədiqatlar xərçəngə qarşı mübarizə ilə bağlı ümidlər verir.

Amerikalı vә yaponiyalı alimlәr tәbii dәniz süngәrindәn әldә etdiklәri molekulları sintez edәrәk xәrçәng әleyhinә dәrman hazırladıqlarını açıqlayıblar.

1980-ci ildә yaponiyalı alimlәr tәrәfindәn kәşf edilәn molekula ‘‘Halichondrins’’ adı verilib. Mәlumata әsasәn, bu molekul  laboratoriya şәraitindә siçanlar üzәrindә sınaqdan keçirilib. Hәmin molekullar sayәsindә metastazın inkişafının dayandığı müşahidә olunub.

1990-cı ilәrin әvvәlindә  alimlәr ‘‘Halichondrins’’ adlı molekulun süni versiyasını hazırlayıblar. Yaponiyalı alimlәr bu kәşfdәn sonra süd vәzisi xәrçәngindәn әziyyәt çәkәn xәstәlәrin müalicәsindә istifadә olunan ‘‘Eisai’’ adlı dәrmanı hazırlayıblar.

Bu tәdqiqatda iştirak edәn mütәxәssislәr yeni dәrmanın ilk növbәdә laboratoriya şәraitindә siçanlar üzәrindә sınaqdan keçirilәcәyini bildirir.

Elmi işin nәticәlәri  ‘‘Nature’’  jurnalında dәrc olunub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir