Avropa Birliyi ABŞ-a misli ilə cavab veriləcəyini açıqlayıb

Avropa Birliyi Amerika Birləşmiş Ştatlarının  Avropa ölkələrindən idxal edilən avtomobillərə əlavə gömrük vergisi tətbiq edәcәyi tәqdirdә ABŞ-a qarşı  35 milyard avro mәblәğindә cavab tədbirlər görüləcəyini bildirib.

Avropa Birliyi Komissiyasının ticarәt mәsәlәlәri üzrә komissaı  Sesiliya Malmström  Avropa Parlamentinin Beynәlxalq Ticarәt Komitәsinin iclasında әhәmiyyәtli bәyanatlar verib.

Tәktәrәfli ticarәt siyasәtindәn imtina edilmәsinin vacibliyini vurğulayan Sesiliya Malmström Avropa Birliyinin açıq, әhatәli vә şәffaf dәyәrlәrә әsaslanan ticarәtin tәrәfdarı olduğunu qeyd edib.

ABŞ-ın Avropadan idxal edilən avtomobillərə əlavə gömrük vergisi tətbiq edәcәyi tәqdirdә  AB-nin buna qarşı cavab addımlar atacağını bildirәn  Malmström  bu mәsәlәdә  kvota və ya ixracla bağlı  məhdudiyyətləri qəbul etməyəcəklərini vurğulayıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir