İsrail ABŞ-ı Türkiyəyə F-35 satmamağa təhrik edib

İsrailin “Kanal 12” televiziyasının yayımladığı xəbərə görə, İsrail bölgədəki hava “üstünlüyünü” qorumaq məqsədilə ABŞ-ın Türkiyəyə F-35 hərbi təyyarələri satmasını əngəlləmək üçün pərdə arxasında fəaliyyət göstərib.

Xəbərdə Türkiyənin Rusiyadan S-400 hava hücumumdan müdafiə sistemləri almasına diqqət çəkilərək

“İsrail Ərdoğanın Rusiyadan bu kompleksləri almasını fürsət bilərək Vaşinqtona F-35-lərin Türkiyəyə satışını dayandırmaq üçün təzyiq göstərdi”

deyilib.

Qeyd edək ki, son iki ildə ABŞ İsrailə 16 ədəd F-35 təhvil verib. Hazırda bölgədə bu sayda yeni nəsil modern təyyarələrə sahib yeganə ölkədir.  Türkiyəyə cəmi 4 ədəd F-35 verilib.

İsrail Amerikadakı yardım fondlarının da yardımı ilə F-35-lərdən ən azı daha 50 ədəd almağı planlayır. Bu xüsusda ABŞ-ın “Lockheed Martin” şirkəti ilə  imzalanan müqaviləyə əsasən, təyyarələrin hamısı 2024-cü il  sifarişçiyə təhvil veriləcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir