ABŞ-da sutka ərzində ard-arda 3 silahlı insident qeydə alınıb: xeyli sayda ölən və yaralanan var

İlk insident Çikaqoda baş verib. Parka yaxınlaşan avtomobildən insanlara atəş açılıb. Ən az 7 nəfərin zərər gördüyü, bir nəfərin vəziyyətinin ağır olduğu deyilir.

Ohayo ştatının Deyton şəhərində də insanlara silahdan atəş açılıb.

Amerika mətbuatının yazdığına görə,  bu hadisə zamanı həlak olanların sayı 7 nəfərdir. Polis hücumda iki nəfər silahlının iştirak  etdiyini düşünür. Şahidlər onların hadisə yerindən tünd rəngli ciplə uzaqlaşdığını  söyləyiblər.

Bundan bir qədər əvvəl  isə Meksika ilə sərhəddə yaxın El-Paso şəhərində nəticəsi daha faciəvi olan analoji hadisə törədilib: 21 yaşlı Patrik Kruzius ticarət mərkəzində insanlara odlu silahdan atəş açıb. Nəticədə 20 nəfər həyatını itirib, 26 nəfər yaralanıb. Yaralılardan 9-nun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, hücumdan öncə Patrik Kruzius “Twitter”də Yeni Zelandiyada mart ayında müsəlmanlara qarşı məsciddə törədilmiş terror aktını dəstəkləyən manifest dərc edib, miqrantlara görə ABŞ-ın mədəniyyətinə və iqtisadiyyatına ziyan dəydiyini yazıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir