Rusiyada artilleriya anbarı partlayıb

Rusiyanın Krasnodar diyarının Açinsk şəhəri yaxınlığındakı hərbi hissədə partlayış olub.

İlkin məlumata görə, partlayış hərbi hissənin artilleriya mərmiləri saxlanılan anbarında baş verib. Partlayışın yanğından törədiyi ehtimal edilir. İlk partlayışın ardından anbardakı artilleriya sursatları partlamağa başlayıb.

Rusiya informasiya agentliklərinin xəbərlərinə görə,  qəza yerinin ətrafındakı ərazidə yaşayan 4000 nəfərə yaxın sakin təhlükəli zonadan təxliyə olunub. Açinsk və Nazarov rayonlarında fövqəladə vəziyyət elan edilib.

Son məlumatlara əsasan, hadisə zamanı 12 nəfər xəsarət alıb. Onlardan 5 nəfər yerli xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağır olan 2 nəfər sanitar aviasiya ilə Krasnoyarska aparılıb. 5 nəfər ambulator müalicə alır.

Partlayış anında və hadisədən sonra qeydə alınmış video görüntüləri Rusiya mənbələrinə istinadən diqqətinizə çatdırırıq:

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir