Oğlu intihar etdiyinə görə özünü günahkar bilən ata canına qıyıb...

Avqustun 15-də Quba şəhər sakini –  1959-cu il təvəllüdlü Abbasov Canpolad Şıxmurad oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.

Rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları  məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib. İş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb,  zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

Canpolad Abbasov 2000-2002-ci illərdə Quba rayon İcra Hakimiyyəti başçısının müavini, 2006-2009-cu illərdə müxtəlif vəzifələrdə çalışıb, 2009-cu ildən təqaüdə çıxıb.

Respublika Baş Prourorluğunun hadisə ilə bağlı yaydığı rəsmi məlumatda deyilir:

İlkin istintaqla sağlığında C.Abbasovla amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmamış, eləcə də mərhumun hər hansı şəxsə borcu olmaması müəyyən edilmişdir.

 

Mərhuma yaxın şəxslər C.Abbasovun buna qədər bir neçə dəfə intihara cəhd göstərdiyini bildiriblər. Qeyd edək ki, mərhumun oğlu 2014-cü ildə intihar edib. C.Abbasov buna görə özünü günahkar bilib, hadisədən sonra özünə qapanıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir