“Facebook” 200 milyona yaxın istifadəçisinin telefon nömrələrinin faş olunduğunu etiraf edib

Şirkət məlumat bazasını kimin yaratdığını və internetdə açıq halda yaydığını araşdırdığını bildirib.

Sözügedən məlumat bazasında “Facebook” istifadəçilərinin  adı və telefon nömrələri təhlükəsizliyi təmin edilməyən serverə yüklənilib və şifrə ilə qorunmayıb.

Məlumat bazasının “Facebook” tərəfindən yaradılmadığı deyilir.

“TechCrunch” saytı məsələ ilə bağlı veb-hosting şirkətinə müraciət etdikdən sonra məlumat bazası internetdən yığışdırılıb.

“Facebook” 2018-ci ildən platformada  kimi isə telefon nömrəsi ilə axtara bilmək funksiyasını yığışdırıb.

Şirkət açıqlamışdı ki, müxtəlif “zərərli proqramlar” milyonlarla telefon nömrəsi daxil edərək nömrələrin kimə aid olduğunu tapmağa çalışırdı. Beləliklə də, telefon nömrələrini “Facebook” profillərinə əlavə etdikdən sonra (tənzimləmələrdə) gizlilik şərtlərini dəyişməyən istifadəçilərin telefon nömrələrinin ələ keçirilmə ehtimalı yaramışdı.

“TechCrunch”ın ortaya çıxardığı məlumat bazasının məhz bu yollarla yaradıldığı düşünülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir