İngiltərənin Oksford Universitetində aparılan uzunmüddətli tədqiqatın ilkin nəticələri belədir. Aimlərin qənaətinə görə, ət yeməyənlərin (vegetarianların) və ya ümumiyyətlə, heyvan mənşəli qidalardan imtina edən insanların (veganların) orqanizmində vitamin çatışmazlığı bu riski artırır. 

Bununla belə,  tədqiqatın gedişində bəlli olub ki, qidalanmada tərəvəzə  üstünlük verənlərdə ürək çatışmazlığı  riski daha aşağıdır.

Lakin vegetarian və veganların iflic olma riskləri ət yeyənlərə nisbətən daha yüksəkdir.

Tədqiqatda ürək çatışmazlığı və iflic keçmişi olmayan 48 mindən çox şəxsin qidalanma vərdişləri 1993-ci ildən bu yana fasilələrlə təqib edilib.

Vegetarianların qırmızı ət yeyənlərə nisbətən 22 faiz daha az ürək xəstəliklərinə yaxalandıqları müəyyən olunub.  Ancaq onların 20 faiz  daha çox iflic olduqları da ortaya çıxıb.

Mütəxəssislərin fikrincə, iflic riskinin yüksək olması B12 D vitaminlərinin çatışmazlığından irəli gəlir.

Amma alimlər yekun rəy verməyə tələsmir, bu qənaətin ilkin olduğunu xatırladırlar. Belə ki,  tədqiqat  hələ sona çatmayıb, eyni zamanda, fərqli coğrafiyalarda  nəticənin necə olacağı da bəlli  deyil.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir